"Suriyada olduğu kimi Ermənistanda da kriminal qruplar fəaldır"- Zeynal Əmrəliyev

"Suriyada olduğu kimi Ermənistanda da kriminal qruplar fəaldır"- Zeynal Əmrəliyev
13 Dek 2024 13:24

Paşinyan höküməti Əsəd rejiminin yolu ilə gedir?

Mövzu ilə bağlı politoloq Zeynal Əmrəliyev News365.az- a fikirlərini bildirib. 

Onun sözlərinə görə Suriyada olduğu kimi Ermənistanda da kriminal qruplar fəaldır:

“İnqilab baş verdikdən sonra, ali zabit korpusunun bir çoxu məhz müxalifətin tərəfinə keçdiyi üçün Bəşər Əsəd məcbur qalıb aşağı zabitlərdən insanları yuxarı vəzifələrə çəkirdi. Bu Ermənistanda da var. Kriminal qruplar daha çox fəaldır və hakimiyyətin mövqeyini müdafiyə edirlər. Bu Sarkisyan, Koçaryan rejimi dövründə də var idi. Paşinyan da onlardan istifadə edir. Biz bunu Tavuş hadisələri zamanı gördük. Tavuşda həmən kütlə ayağa qalxdıqda keşiş Baqrat Qalstanyanın rəhbərliyi altında onlara dəstək üçün krimimal qruplar peyda oldu, həmçinin İrəvandakı aksiyalarda da. Suriyada müxalifətin əleyhinə vuruşan qüvvələr ordudan daha çox kriminal silahlı qruplar idi. Köçəryan, Sarkisyan, Paşinyan bunların hakimiyyət qrupu ilə Əsədin qüvvələri arasında sıx oxşarlıq var.”

News365.az



Youtube kanalımız