“Nikol Paşinyan ənənəvi olaraq hətələm-pətələm danışır. “
Milli Məclisin deputatı Rasim Musabəyov bunu News365.az-a danışıb.
“SSRİ dövründə mövcud olan sərhədlər baza kimi qəbul olunub. Ancaq həmin Ermənistan parlamenti vaxtıilə Alma-ata deklarasiyanı radivikasiyasını xüsusi rəylə etmişdilər ki, bu Qarabağa aid deyil, Qarabağ Azərbaycanın tərkibindən çıxıb və Ermənistana birləşib. Zəhmət çək, qanunsuz düzəlişi lğğv et. Alma-ata deklarasiyası sərhədlərdən danışır. Alma-ata deklarasiyası ümumi şəkildə bu məsələni həll edir. Konkret mübahisələr olanda bütün xəritələr, SSRİ dövründə sərhədlərdə düzəlişlər olub, o cümlədən lap qonşu rayonlar razılaşma edirdilər. Nəzərə alsaq ki, sərhəddə vaxtilə Ermənistan tərəfində Azərbaycanlıların yaşadığı kəndlər olub. Zod, Şurnux, Nüvədi kəndlərində Azərbaycanlılar yaşayırdı. Belə olan halda qonşu Azərbaycan rayonları, kəndləri müəyyən güzəştlər edirdilər. İndi Azərbaycanlıları ordan qovublar, ancaq onların vaxtilə istifadə etdikləri indi, ermənilər istifafə edir. Buna görə də sərhədlər konkret müəyyənləşəndə harda mübahisələr varsa bütün xəritələr cəlb olunmalıdır, həlli də nəzərdən keçirilməlidir”-deyə bildirib.
News365.az