KXDR qoşunları Kurskda döyüş hazırlığına gətirilib -Ukrayna kəşfiyyatı

KXDR qoşunları Kurskda döyüş hazırlığına gətirilib -Ukrayna kəşfiyyatı
12:35
Rusiya Şimali Koreya əsgərlərini hərbi əməliyyatlarda birbaşa iştiraka hazırlayır. Pxenyan qüvvələrinin Kursk istiqamətində Ukrayna Silahlı Qüvvələrinə qarşı döyüşə girəcəyi gözlənilir.

Bu barədə Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsi(QUR) məlumat yayıb. Qeyd olunub ki, KXDR bölmələrinin komandanlığı artıq müharibəyə faktiki daxil olmaq əmri alıb.

"Onları yedizdirib içirdilər və indi hücuma hazırdırlar. KXDR əsgərləri döyüş əməliyyatlarında birbaşa iştiraka hazırlanır. Şimali Koreya ordusunun Rusiyadakı bölmələrinin komandanlığı Kursk vilayətində döyüş əməliyyatları aparan  rus bölmələri ilə qarşılıqlı əlaqədə olmaq əmri alıb", - QUR qeyd edib.

Rusiya ilə Ukrayna arasındakı genişmiqyaslı müharibə 2022-ci ilin fevralın 24-də başlayıb. Moskva işğal zamanı qoşunları Kiyevə qədər apara bilsə də, sonradan müharibədə üstünlük nisbətən Ukraynanın tərəfinə keçib. Ukrayna qoşunları ötən ilin iyunundan əks-hücum əməliyyatlarına başladılar. Amma bu da uğurlu olmadı. Son aylarda isə Rusiya yenidən döyüş meydanındakı vəziyyəti öz xeyrinə dəyişə bilib.

Tural

Youtube kanalımız