“Paşinyan imicini dəyişməklə və sosial şəbəkədə aktivliyi ilə itirilmiş səsləri qazanmaq istəyir”
Milli Məclisin deputatı Naqif Həmzəyev bunu News365.az-a deyib.
“Paşinyan bilir ki, seçki müddəti təşviqat müddəti elə də çox olmur. Bu baxımdan da o, ən azından gənc kütlənin, yeni səsvermə hüququ olan kütlənin səsini qazana bilər. Eyni zamanda yevangelislər və müxtəlif dini qruplaşmalar var ki, daha çox xaricdən idarə olunur və xariclə bağlıdır. Paşinyanda müəyyən dərəcədə həmin qüvvələrlə əlaqəsi var, onların qarşısında da hesabat verir.
Paşinyanın həyata keçirdiyi son imic dəyişikliyi , sosial şəbəkələrdə aktiv mesajlar verməsi , gizlin bloggerlik fəaliyyəti seçkilərə hazırlıqdır və imicini təzələməklə itirilmiş səsləri qazanmaq istəyir”-deyə bildirib.
News365.az