200 min pul və corab oğurlayan xadimə gündəm oldu

200 min pul və corab oğurlayan xadimə gündəm oldu
12:00

Rusiyada maraqlı oğurluq hadisəsi baş verib. REN TV-nin yaydığı məlumata görə, Moskvada üç ailə bir xadimənin evi təmizləməsindən sonra 200 min rubldan çox pul itirib. 

"Oğurluq hadisələrinin baş verdiyi üç mənzilin sahibləri hüquq-mühafizə orqanlarına şikayət ediblər. Məlum olub ki, zərərçəkənlərin pulları demək olar ki, eyni vaxtda yoxa çıxıb. Hüquq-mühafizə orqanlarının əməkdaşları təmizlikçi qadını bir sıra oğurluqlar törətməkdə şübhəli biliblər", - nəşr yazıb.

Ümumi ziyan 255 min rubl təşkil edib. Maraqlıdır ki, mənzillrədən birindən kişi corabları götürülüb. Hadisə ilə bağlı araşdırma aparılır. Təmizlikçinin bu qədər vəsaitlə yanaşı corabı da götürməsi sosial şəbəkələrin Rusiya seqmentində müzakirələrə səbəb olub.

Tural


Youtube kanalımız