“Ermənistan sərhədlərin açılmasında maraqlıdır, çünki İrəvanın qərbdəki müttəfiqlərində hakimiyyət dəyişikliyi gedir”
Politoloq Zeynal Əmrəliyev bu sözləri News365.az-a deyib.
“Ermənistanın özündə buna daha çox ehtiyac duyurlar ki, Türkiyədə sərhədlər açılsın. Çünki istər Ermənistanın qərbdəki müttəfiqlərində hakimiyyət dəyişikliyi məsələsi var. Amerika Birləşmiş Ştatlarında Ermənistanla çox yaxşı münasibətləri olan Bayden administrasiyası artıq hakimiyyətdən gedir və onu Donald Tramp hakimiyyəti əvəz edir. Eyni zamanda Paşinyan hökümətinə çox yaxın müttəfiqi olan Makron da Fransada da siyasi çaxnaşma hökm sürür. Parlament seçkilərində Makronun uduzması onun gələcəkdə hakimiyyət kamandasının Yelisey sarayının tərk etməsinə gətirib çıxaracaq amillərdən biridir.”- deyə fikirlərini bildirib.
News365.az