Dünən Ermənistanın baş nazirinin ad günü olması yerli mediada gündəmə çevrilib. Jurnalistlər Nikol Paşinyandan çox onun əlaltıları və komandasının ad günü məclisləri təşkil etməkdə canfəşanlıq göstərmələrini tənqid ediblər.
Məsələn, "Mamul" nəşri yazıb ki, ölkə rəhbərinin doğum günün digər məmurlara aidiyyəti oçmamalıdır.
"İyunun 1-də Ermənistan Respublikasının baş naziri Nikol Paşinyanın 50 yaşı tamam oldu. ArmLur-un məlumatına görə, indiyədək bütün hakim elita Paşinyanın ad gününü Sevandakı (Göyçə gölü-red.) kiçik yarımadada yerləşən hökumət iqamətgahında qeyd edib. Bunu internetdə yayılan fotolar da sübut edir".
Tural