"Paşinyan ictimai rəyi manipulyasiya edərək vaxt qazanır" - Aytən Qurbanova

"Paşinyan ictimai rəyi manipulyasiya edərək vaxt qazanır" - Aytən Qurbanova
27 Sen 2024 12:00

"İlkin olaraq Ermənistan konstitusiyasına müvafiq dəyişikliklər edilməli, gələcəkdə ərazi iddialarının olmayacağı ilə bağlı hüquqi öhdəlik götürülməli və ondan sonra sülh müqaviləsinin imzalanmasının mümkünlüyü gündəmə gətirilməlidir."

Politoloq Aytən Qurbanova bunu News365.az-a açıqlamasında deyib.

"Paşinyanın bu açıqlaması növbəti dəfə ictimai rəyi manipulyasiya etmək yolu ilə vaxt qazanmağı hədəfləyir. Çünki belə qısa müddət ərzində sülhün ən vacib müddəalarının yerinə yetirilməsinin faktiki olaraq mümkün olmadığını artıq hər kəs çox gözəl anlayır. İlkin olaraq Ermənistan konstitusiyasına müvafiq dəyişikliklər edilməli, gələcəkdə ərazi iddialarının olmayacağı ilə bağlı hüquqi öhdəlik götürülməli və ondan sonra sülh müqaviləsinin imzalanmasının mümkünlüyü gündəmə gətirilməlidir. Paşinyanın bu bəyanatı isə sülh anlayışının əsl mahiyyətinin Ermənistanın hərbi-siyasi hakimiyyəti tərəfindən hələ də doğru anlaşılmadığının və şərh edilmədiyinin bariz nümunəsidir."


Vəfa Vəliyeva, News365.az


Youtube kanalımız

Oxşar xəbərlər