"Ermənistan ərazilərimizi yenidən işğal etmək məqsədi güdür" - Politoloqdan şərh

"Ermənistan ərazilərimizi yenidən işğal etmək məqsədi güdür" - Politoloqdan şərh
27 Sen 2024 11:20

"Ermənistan Azərbaycan ərazilərinin işğalı məsələsinə təkrar cəhd etmək məqsədi güdür"

Politoloq Oqtay Qasımov bunu News365.az-a deyib.

"Ermənistanda son il yarıma diqqət etsək, səfərbərlik və ehtiyatda olanların toplantılara çağırılması intensiv şəkil aldığını görərik.  Bu o vaxtdan başlayıb ki, artıq Ermənistan ordusunda Fransız general vəzifəyə təyin olunub. Amerikalı hərbiçilər orda təlimatçı və müşavirlər səthində fəaliyyətə başlayıblar, birgə təlimlər keçirilir.  Bütün bunlar hamısı Ermənistanı gücləndirmək, hərbi balansı bərqərar etmək və gələcəkdə ərazi iddiaları və yaxud digər məsələlərlə  Ermənistanı yenidən Azərbaycanın  üzərinə qaldırmaq və Azərbaycan ərazilərinin işğalı məsələsinə təkrar cəhd etmək məqsədi güdürlər. Bu gün Amerika, Fransa və digərləri tərəfindən Dağlıq Qarabağ erməniləri onların geri qaytarılması məsələləri məhz bu məkrli planın tərkib hissələridir. Bu cür silahlanma və təlimlərin məqsədi budur"-deyə fikirlərini bildirib. 


Vəfa Vəliyeva, News365.az


Youtube kanalımız

Oxşar xəbərlər