Paşinyan ordusunu “təmizə çıxarmağa” ÇALIŞIR: İkitərəfli mexanizm formalaşdıraq

Paşinyan ordusunu “təmizə çıxarmağa” ÇALIŞIR:  İkitərəfli mexanizm formalaşdıraq
15 İyn 2024 22:39

Ermənistanın baş naziri Nikol Paşinyan Azərbaycana atəşkəsin pozulması hallarının araşdırılması üçün ikitərəfli mexanizm formalaşdırmağı təklif edib.

O, bu barədə hakim “Mülki Müqavilə” partiyasının təşəbbüs qrupunun iclasında bildirib. 

Paşinyan qeyd edib ki, tərəflərdən biri pozuntu barədə məlumat verərsə, bu mexanizm işə salınır və müvafiq orqan araşdırmaya başlayır. 

Qeyd edək ki, Azərbaycan Müdafiə Nazirliyi Ermənistan Silahlı Qüvvələrinin Naxçıvan Muxtar Respublikası istiqamətində Azərbaycan ordusunun mövqelərinə iyunun 12-dən 14-ü tarixləri arasında 4 dəfə hücumu barədə məlumat yayıb.

Bizim.Media


Youtube kanalımız
Həkimlər Klinikalar SEO Xidməti

Oxşar xəbərlər