Ermənistanın baş naziri Nikol Paşinyanın dünən Sardarapatda çıxışı zamanı səsləndirdiyi bir sıra fikirlər yerli mediada, siyasətçilər, politoloqlar arasında narazılıqla qarşılanıb.
Politoloq Suren Surenyants deyib ki, əslində baş nazir daha böyük fəlakətlərlə bağlı xəbərdarlıq edib: “Paşinyan Sardarapatda dedi ki, bu gün biz həmişəkindən daha çox suveren, daha müstəqil dövlətik. Əslində indiyə qədər dövlətin qüdrətini əldə olunan qələbələr, milli dirçəlişlə təsəvvür edən bütün dövlət rəhbərləri yanılıblarmış...
Belə çıxır ki, “daha real dövlət”, “daha suveren”, “daha müstəqil” olmaq üçün biabırçı məğlubiyyətdən, milli faciədən sağ çıxmaq lazım imiş. Paşinyan özünün “avtokratik” mövqeyində nə qədər təkəbbürlüdürsə, gələcək fəlakət bir o qədər böyük olacaq”.
Tural