Ermənistanın
baş naziri Nikol Paşinyan bəyan edib ki, Azərbaycanla sərhədlərin
delimitasiyası prosesi zamanı İrəvan Bakının nəzarəti altında olan “suveren ərazilər”ini
geri qaytarmalıdır. Paşinyan bu barədə Teleqram kanalında yazıb.
Bəs,
Paşinyanın bəyanatı regionda sülh prosesinə necə təsir edə bilər?
Nikol
Paşinyan son dövrlərdə
sərhəd məsələləri ilə bağlı çıxışlarında bir neçə dəfə bəyan edib ki, danışıq
masasında ərazi və kəndlər məsələsi gündəmdədir. Öz çıxışlarında o, müəyyən “kəndlər”dən
və “ərazilərdən” söz açır, bu da regionda narahatlıqlar yaradır. Məsələ yalnız
“kəndlərin geri verilməsi” kimi səslənməyib — daha çox prosesin şərtləri və
kimin nə tələb etdiyi kontekstində təqdim olunub.
Paşinyan
parlamentdə bildirib ki, “Bakının istədiyi kəndlər qeyri-anklav kəndləridir, yəni
Azərbaycan ərazisindədir”.
Azərbaycanın 5 anklav kəndi var.
Bunlardan biri Naxçıvan yaxınlığındakı Kərki kəndidir.
Qalan Sofulu, Barxudarlı, Yuxarı Əskipara və Bağanis Ayrım kəndləri isə Qazax
rayonunun inzibati ərazisinə daxildir.
Bir kəndsə Gədəbəy rayonu ərazisində olan Başkəndsə
vaxtilə ermənilərin yaşadığı ərazi olub. Paşinyan da məhz bu kəndin geri verilməsini
istəyir.
Əslində bu delmitasiya və demarkasiya
prosesinin bir hissəsidir. Uzun müddət Ermənistanın günahı ucbatından bu proses
dayanıb. Amma 8 avqust razılaşmasından sonra digər sahələrdə olduğu kimi sərhədlərin
dəqiqləşdirilməsi də gündəmə gəlib.
Lakin Paşinyan Başkənd məsələsini indiki
vaxtda gündəmə gətirməsi daha çox siyasi manipulyasiyadır. Çünki qarşıdan
seçkilər gəlir. Bu seçkilərdə qalib gəlmək üçün Paşinyan müəyyən gedişlər etmək
zorundadır. Başkənd məsələsi də həmin zorluqlardan biridir. Bununla Paşinyan
seçicilərini inandırmaq üçün bu tip bəyanatlar verir.
Baxmayaraq ki, bu iddianın perspektivi yoxdur.
Çünki Azərbaycan anklavlarından fərqli olaraq Başkənd Gədəbəyin içərilərindədir.
Və Ermənistandan o kəndə gediş gəliş çox çətindir. Bunu Paşinyan da yaxşı bilir.
Bununla belə erməni cəmiyyətinə nə qədər prinsipial olduğunu göstərmək istəyir.
Paşinyanın bu tip bəyanatları sülh proseslərini
ləngidə bilərmi?
Bu o qədər də inandırıcı görünmür. Çünki
Paşinyan Vaşinqtonda götürdüyü öhdəlikləri yerinə yetirmək məcburiyyətindədir.
Çünki onun tək qalası, arxası ABŞ-dır. Əgər o Trampın layihəsini yarımçıq qoysa
o zaman Paşinyan siyasi renadan getməli olacaq.
Bir daha deyirik ki, Paşinyanın məlum bəyanatı
daxili auditoriyaya hesablanmış növbəti addımdır.
News365.az