Pakistan qüvvələri ilə toqquşmalar nəticəsində həlak olan əfqan hərbçilərinin sayı ən azı 331 nəfərə yüksəlib, 500-dən çox adam yaralanıb.
Bu barədə Pakistanın informasiya naziri Əttaulla Tarar X sosial şəbəkəsində yazıb.
O qeyd edib ki, Əfqanıstan ərazisindəki 37 hədəfə hava zərbələri endirilib:
“Pakistan silahlı qüvvələri 104 əfqan blokpostunu məhv edib, daha 22-sini öz nəzarətinə götürüb. Bundan əlavə, tanklar, zirehli döyüş maşınları və artilleriya qurğuları daxil olmaqla 163-dən çox hərbi texnika məhv edilib”.
Qeyd edək ki, 26 fevraldan etibarən Pakistan və Əfqanıstan arasında toqquşmalar başlayıb. Pakistan Əfqanıstanla açıq müharibəyə girdiyini elan edib.