Gürcüstan 78 əcnəbini ölkədən çıxardı – azərbaycanlılar da var

Gürcüstan 78 əcnəbini ölkədən çıxardı – azərbaycanlılar da var
11:33

Son günlərdə Gürcüstan Daxili İşlər Nazirliyinin Miqrasiya İdarəsi tərəfindən keçirilən tədbirlər çərçivəsində 78 əcnəbi ölkədən deportasiya olunub. Onların arasında Azərbaycan vətəndaşları da var.

News365.az-ın məlumatına görə, bu barədə nazirliyin mətbuat xidməti açıqlama yayıb. Bildirilib ki, deportasiya edilən şəxslər müxtəlif ölkələrin – Azərbaycan, Banqladeş, Belarus, Misir, Hindistan, İndoneziya, Yəmən, Kamerun, Çin, Nigeriya, Pakistan, Rusiya, Somali və Türkiyə vətəndaşlarıdır.

Rəsmi məlumata əsasən, ölkədən çıxarılan şəxslərin Gürcüstana yenidən girişinə qadağa qoyulub.

News365.az


Sizin reklam burada
Sizin reklam burada