Kuba ABŞ-a mesaj verdi: “Hərbi müdaxiləyə hazırıq”

Kuba ABŞ-a mesaj verdi: “Hərbi müdaxiləyə hazırıq”
11:43

 ABŞ Prezidenti Donald Trampın Kubaya yönəlik açıqlamalarına sərt münasibət bildirib. O qeyd edib ki, ölkəsi mümkün hərbi təhdidlərdən çəkinmir və istənilən təcavüzə qarşı müqavimət göstərməyə hazırdır.

“Qorxmuram. İnqilab uğrunda həyatımı verməyə hazıram. Kubaya qarşı təcavüz haqsız olacaq və bütün tərəflər üçün ağır nəticələr doğuracaq”, – deyə prezident vurğulayıb. O, həmçinin ABŞ ictimaiyyətinin belə bir müharibəni dəstəkləyəcəyinə şübhə ilə yanaşdığını bildirib.

Politoloq Turan Rzayev News365.az-a açıqlamasında bildirib ki, son dövrlərdə Vaşinqtonun Kubaya qarşı ritorikasının sərtləşməsi “növbəti hədəf Kubadırmı?” sualını yenidən gündəmə gətirib. Daha əvvəl Venesuelaya mümkün müdaxilə ilə bağlı səsləndirilən ehtimallar bu versiyanı gücləndirib.


Onun sözlərinə görə, İslamabadda aparılan danışıqlar ABŞ üçün arzuolunan nəticə versəydi, Vaşinqtonun diqqətinin Kubaya yönəlməsi ehtimalı daha yüksək olardı. Lakin hazırda İranla ABŞ arasında gərginliyin artma ehtimalı bu ssenarini arxa plana keçirir.

Ekspert əlavə edib ki, ÇinRusiya Kubanın suverenliyini dəstəkləyir və xarici müdaxiləyə qarşı çıxış edir. Bu isə ehtimal olunan qarşıdurma halında rəsmi Havananın siyasi baxımdan dəstək qazana biləcəyini göstərir.

Turan Rzayev hesab edir ki, ABŞ üçün Kubaya qarşı birbaşa hərbi müdaxilə mürəkkəb və riskli ssenaridir. Bu baxımdan Vaşinqtonun daha çox daxili təzyiq mexanizmlərinə üstünlük verməsi, ölkə daxilində sabitliyi pozmağa yönəlmiş addımlar atması və siyasi təsir vasitələrindən istifadə etməsi daha real variant kimi görünür.


Sizin reklam burada
Sizin reklam burada