Pakistanda hərbçilər pusquya düşdü - ölənlər var

Pakistanda hərbçilər pusquya düşdü - ölənlər var
02 Fev 2025 23:59

Silahlı yaraqlılar Pakistanın şimal-qərbində Hayber-Paxtunxva əyalətində həyata keçirdikləri hücumda təhlükəsizlik qüvvələrinin 4 nəfər əməkdaşını və onların sürücüsünü öldürüblər.


News365.az xəbər verir ki, bu barədə AFP Pakistan polisinə istinadən məlumat yayıb.


Məlumata görə, onların avtomobili silahlı yaraqlıların hədəfinə çevrilib və atışma zamanı yanıb. Hələlik heç kim hücuma görə məsuliyyəti üzərinə götürməyib.


Sizin reklam burada
Sizin reklam burada