Pakistan Ordusu ölkənin şimal-qərbində əməliyyat keçirib, onlarla terrorçu öldürülüb

Pakistan Ordusu ölkənin şimal-qərbində əməliyyat keçirib, onlarla terrorçu öldürülüb
26 Yan 2025 11:41

Pakistanın şimal-qərbindəki Xayber Paxtunxva əyalətində keçirilən üç ayrı əməliyyatda azı 30 terrorçu məhv edilib.

Bu barədə Pakistan Ordusunun məlumatında deyilir.

Məlumata görə, Lakki Marvat ərazisində keçirilən əməliyyat zamanı 18 terrorçu öldürülüb, 6-sı yaralanıb. Karak rayonunda daha 8 terrorçu məhv edilib. Üçüncü toqquşma zamanı qrup liderləri də daxil olmaqla 4 terrorçu öldürülüb, daha ikisi isə yaralanıb.

Terrorçuların özək təşkilatlarına qarşı mübarizə çərçivəsində çoxlu silah və sursat anbarı aşkarlanıb.

Hərbçilər ərazinin təmizlənməsi əməliyyatını davam etdirir.


Sizin reklam burada
Sizin reklam burada