İsrail Livanda atəşkəsi qəbul etməyə hazırlaşır.
News365.az xarici mətbuata istinadən xəbər verir ki, İsrailin Hizbullah ilə müqavilə layihəsi İsrail ordusunun Livanın cənubunu tərk etməli olduğu 60 günlük keçid dövrünü ehtiva edir.
Bundan sonra Livan ordusunun sərhədə yaxın ərazilərə yerləşməsi və Hizbullahın ağır silahlarını Litani çayının şimalına daşıması gözlənilir.
ABŞ-ın rəhbərlik etdiyi komitə təşəbbüsün həyata keçirilməsinə nəzarət etməlidir.