Bilirdinizmi, dünyanın ən tənha yeri olan "Nemo" nöqtəsindən ən yaxın adaya məsafə 2688 km-dir.
News365.az xəbər verir ki, Nemo nöqtəsi dünyanın ən tənha nöqtəsidir. Okeandan materiklərə ən uzaq nöqtə. Bura hansısa boş torpaq sahəsi deyil, okeanın ortasında bir yerdir. Nemo nöqtəsi 1992-ci ildə mühəndis Hrvoje Lukatela tərəfindən müəyyən edilib.
Bu nöqtədən ən yaxın adaya qədər olan məsafə 2688 km-dir. “Nemo” adı Jül Vernin məşhur "20 000 LYÖ su altı ilə" adlı romanındakı Kapitan Nemo xarakterindən götürülüb. Nemo sözü latınca "heç kim" deməkdir.
Nemo nöqtəsi kosmik tullantılar üçün istifadə edilir. Burada suyun dərinliklərində raketlər, gəmilər, kosmik stansiya və peyk hissələri və s. kosmik tullantılar var. Ora baxmaq çox maraqlı olardı.
Dünyada insanlardan ən uzaq nöqtə belə insanların zibilləri ilə çirklənir…