Bu gün İstanbula yağan güclü yağış səbəbindən Sabiha Gökçen hava limanında təyyarələrin enişində çətinlik yaranıb.
News365.az xəbər verir ki, yaranmış çətinliklər nəticəsində yanacaq səviyyəsi aşağı olan 42 təyyarə digər hava limanlarına yönləndirilib.
Pegasus Airlines və AJet aviaşirkətlərinə məxsus 32 təyyarə İstanbul hava limanına yönləndirilib.
Türkiyənin Meteorologiya Xidməti bildirib ki, əlverişsiz hava şəraiti səbəbindən 29-30 mart tarixlərində Sabiha Gökçen hava limanında bəzi reyslər ləğv olunacaq.
Qurum sərnişinlərə uçuşlarla bağlı məlumatları aviaşirkətlərin rəsmi saytlarından izləməyi tövsiyə edib.