Onkoloji xəstələrin NƏZƏRİNƏ: icbari sığorta mərhələli olacaq

Onkoloji xəstələrin NƏZƏRİNƏ: icbari sığorta mərhələli olacaq
16:28

Azərbaycanda onkoloji xəstələrin icbari tibbi sığorta ilə əhatə olunması məsələsi gündəmdədir. Səhiyyə sahəsində bu addımın mərhələli şəkildə həyata keçirilməsi planlaşdırılır.

Milli Məclisin Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov News365.az-a açıqlamasında bildirib ki, onkoloji xəstələrin icbari tibbi sığorta ilə əhatə olunması birdən-birə mümkün deyil:


“Mən hesab edirəm ki, onkoloji xəstələrin icbari tibbi sığorta ilə əhatə olunması birdən-birə baş verməyəcək. Çünki bu, çox ağır maliyyə tutumlu sahədir, hissə-hissə, pillə-pillə həyata keçirilməlidir. Ola bilər ki, uşaq onkolojiyasından başlansın. Uşaqlarda da müalicə işləri kritikdir. Ondan sonra yüksək maliyyə tutumlu dərmanların alınması və xəstələrin bu dərmanlarla təmin olunmasından başlayaq. Sonrakı mərhələdə digər sahələrə baxmaq olar. Mən əminəm ki, qısa müddətdə onkoloji xəstələr icbari tibbi sığorta ilə əhatə olunacaq.”


Sizin reklam burada
Sizin reklam burada