“Uşaqlar
bizim gələcəyimizdir” deyirik. Amma bəzi hallarda onlara gələcəyimiz kimi
baxmayırıq. Məsələn uşaqlarımızı yalnız xəstələnəndə həkim yanına aparırıq.
Lakin mütəmadi həkim müayinəsini isə vacib bilmirik. Halbuki mütəmadi müayinələr
hər kəs üçün, o cümlədən də uşaqlar üçün vacibdir.
Mövzu ilə bağlı News365.az-a danışan
pediatr Vaqif Qarayev deyir ki, mütəmadi müayinələr çox vacibdir:
“O cümlədən
də qanın ümumi analizi. Çox sadə analizdir. Amma əksər hallarda qan dəyərləri həkimə
ciddi məlumatlar verir. Anemiya(qanazlığı) varmı, yoxsa yox... Qan azlığı hansı
səbəbdəndir? Talassemiya daşıyıcılığına şübhə varmı, yoxsa yox? Hər hansı bir
infeksiya varmı, yoxsa yox? Bir sözlə, mütəmadi müayinə çoxsaylı suallara və
narahatlığa son qoya bilir. Həkimdən vitaminlər və balıq yağı tələb etməkdənsə,ildə
cəmi bir dəfə bu analizi uşaqlarda yoxlatdırın,
bahalı bir şey deyil”.
News365.az