Rusiyada maraqlı hadisə baş verib. Yakutiyada magistral yolda ayı meyiti aşkarlanıb. Qana bulaşmış ayı qəfildən dirilib hadisə şahidlərini qorxudub. Bu barədə Life SHOT-a istinadən yazıb.
"Ərazidən keçən fəhlələr magistral yolda qan içində uzanmış nəhəng ayını görüblər. Çox güman ki onu maşın vurub. Kişilər dayanıblar və bir neçə nəfər yaxınlaşaraq heyvana baxmaq, onu videoya çəkmək qərarına gəlib. Nəticədə fəhlələr artıq cəsətdən bir-iki metr aralıda olanda ayı qəfildən "canlanıb", - nəşr yazıb.
Daha sonra kadrlardan da görünür ki, heyvan onu lentə alan insanları təqib etməyə başlayıb. Fəhlələr qorxaraq maşınlarına tərəf qaçırlar və sürətlə oradan uzaqlaşırlar. Ayı yenidən meşəyə qaçıb. Onun sonrakı taleyi məlum deyil.
Tural