Ölkəmizə hər gün milyonlarla dollar qazandırır - REYTİNQ

Ölkəmizə hər gün milyonlarla dollar qazandırır - REYTİNQ
12:33

Dünya bazarında qızıl yeni rekorda imza ataraq 1 unsiya üçün 5 min dollara yaxınlaşır. Bu fonda qızıl ehtiyatı böyük olan ölkələr gündəlik bahalaşmadan milyonlarla dollar qazanır. 

Modern.az xəbər verir ki, “World Gold Council” və mərkəzi bankların cari məlumatları əsasən qlobal qızıl ehtiyatları reytinqinə görə Azərbaycan 25-ci yerdə qərarlaşıb. 


Reytinqə əsasən Azərbaycan 185 ton qızıl ehtiyatı ilə 25-ci pillədə qərarlaşıb. Türkiyə isə 641 ton qızıl ehtiyatı ilə siyahıda 10-cu yerdə qərarlaşıb. Türk dövlətləri arasında Özbəkistan 361 ton ilə 15-ci, Qazaxıstan isə 324 ton ilə 16-cı yerdədir.

Qızıl ehtiyatı olmayan ölkələr içərsində isə Ermənistan, Kanada və Moldova yer alıb. 

Siyahıya əsasən dünyada ən böyük qızıl ehtiyatına malik ölkə ABŞ hesab olunur və bu ölkənin qızıl ehtiyatı 8 min 133 ton kiloqrama çatır. İkinci yerdə qərarlaşan Almaniya 3 min 350 ton qızıl ehtiyatına malikdir. Üçüncü pillədə olan İtaliyanın qızıl ehtiyatları 2 min 452 ton təşkil edir. Dördüncü sırada olan Fransa isə 2 min 437 ton qızıl ehtiyatı ilə siyahıda ön mövqedədir. Beşinci yerdə qərarlaşan Çin 2 min 304 ton qızıl ehtiyatına sahibdir.

Altıncı pillədə olan Rusiyanın qızıl ehtiyatı 2 min 330 tondur. Yeddinci yerdə qərarlaşan İsveçrə 1 min 40 ton qızıl ehtiyatı ilə seçilir. Səkkizinci sırada yer alan Hindistanın qızıl ehtiyatları 880 ton təşkil edir. Doqquzuncu pillədə qərarlaşan Yaponiya 846 ton qızıl ehtiyatına malikdir. 

Qeyd edək ki, reytinq ölkələrin mərkəzi banklarının açıqladığı rəsmi məlumatlar əsasında hazırlanıb və qızıl ehtiyatlarının maliyyə dayanıqlığı baxımından rolunu əks etdirir.


Sizin reklam burada
Sizin reklam burada