"Ölkəmiz repressiya mərhələsinə qədəm qoydu!" -Erməni redaktor

"Ölkəmiz repressiya mərhələsinə qədəm qoydu!" -Erməni redaktor
12:20

Xəbər verdiyimiz kimi Ermənistanda siyasi vəziyyət gərginləşib. Hökumət genişmiqyaslı təqib və axtarışlara başlayıb. Səhər saatlarından başlayaraq inqilab arzusunda olan erməni keşiş Baqrat Srbazanın "Müqəddəs mübarizə" hərəkatına qarşı əməliyyatlar keçirilib. Arxiyepiskopun iqamətgahı nəzarətə götürülüb. 

Ermənistanın məşhur qəzeti olan "Hraparak"ın redaktoru Armine Ohanyan ölkədəki gərginliyə reaksiya verib. O, yazıb: "Hamınız iyunun 18-də Samvel Karapetyanın həbsi və Armen Abazyanın(Milli Təhlükəsizlik Xidməti naziri-red.) istefası ilə Ermənistan yeni mərhələyə, repressiya mərhələsinə qədəm qoyduğunu başa düşməli idiniz... Nikol Paşinyan həmin gün mühüm qırmızı xətti keçdi, onun göstərişi ilə, heç bir əsas olmadan, sadəcə, bir nəfəri həbs etdilər ki, bu da artıq heç bir təəccüb doğurmadı. Bu, heç bir cinayət tərkibi olmayan hökm əsasında oldu. Bundan sonra absurd plan qurub onun əsasında insanların evinə girəcəkdilər. Sabah sənin, qonşun Poqosun da evinə gələcəklər, eyni prinsiplə deyəcəklər ki, sən filan gündə küçədə təqsirləndirilən Artur Sarkisyana salam vermisən, deməli, sən onun dəstəsinin üzvüsən...”.

Tural


Sizin reklam burada
Sizin reklam burada