“Olivia” mağazasından ŞİKAYƏT: Alıcı istifadə etmədiyi məhsulu geri qaytara bilmədi

“Olivia” mağazasından ŞİKAYƏT: Alıcı istifadə etmədiyi məhsulu geri qaytara bilmədi
10 İyn 2025 11:30

Şikayətçi Aytən Mütəllimova tanınmış kosmetika mağazalar şəbəkəsi olan “Olivia”dan aldığı saç boyasını qaytara bilmədiyini bildirərək, hüquqlarının pozulduğunu iddia edir.

News365.az xəbər verir ki, Aytən Mütəllimovanın sözlərinə görə, saç boyasını mağazadan alandan sonra heç bir şəkildə istifadə etməyib, qablaşdırma tam açılmamış, barkod və məhsul etiketi də zədələnməmiş vəziyyətdədir. O, qanunvericiliyə əsaslanaraq məhsulu 14 iş günü ərzində qaytarmaq hüququnun olduğunu qeyd edir. Həmçinin alış zamanı verilmiş kassa qəbzi və ödəniş sübutlarını da təqdim etdiyini bildirib.

“Məhsulu geri almaqdan imtina etdilər. Bütün sənədlər əlimdədir, istifadə etməmişəm, barkod da üzərindədir. Heç bir əsas olmadan qəbul etmədilər,” – deyə şikayətçi bildirir.

Qadın artıq məsələnin hüquqi müstəviyə keçməsini və “Olivia” kosmetika şirkətinin cərimələnməsini tələb edir. Onun sözlərinə görə, bu hal istehlakçı hüquqlarına açıq-aşkar ziddir və digər vətəndaşların da bu cür hallarla qarşılaşmasının qarşısı alınmalıdır.


Sizin reklam burada
Sizin reklam burada