Türkiyənin “ATV” telekanalının məşhur serialı “Ben Bu Cihana Sığmazam”la bağlı qərar verilib.
Uzun müddətdir reytinqləri azalan ekran işi final etməyə hazırlaşır.
Belə ki, “ATV” layihəni yeni mövsümdə davam etdirmək istəməyib. Məşhur aktyor Oktay Kaynarcanın baş rolunu canlandırdığı “Ben Bu Cihana Sığmazam” serialı 4 həftə sonra tamaşaçılarla vidalaşacaq.
Ekran işi 68-ci bölümü ilə final edəcək.