Azərbaycan Kubokunun qalibi bəlli oldu

Azərbaycan Kubokunun qalibi bəlli oldu
07 May 2024 19:11

Futzal üzrə Azərbaycan Kubokunun qalibi bəlli olub.

Bakı İdman Sarayında baş tutan final matçında “Araz-Naxçıvan” “Baku Fire” ilə üz-üzə gəlib. Görüşün əsas hissəsi 5:5 hesabı ilə yekunlaşdığından komandalar əlavə vaxta ehtiyac duyublar. Burada da qalib müəyyənləşmədiyindən qalibin adına penaltilər seriyasında aydınlıq gətirilib.

Qeyd edək ki, penaltilərdə daha inamlı çıxış edən “Araz-Naxçıvan” rəqibini 5:4 hesabı ilə məğlub edərək Azərbaycan Kubokunun sahibi olub.


Youtube kanalımız

Oxşar xəbərlər