“Milan”ın fransalı müdafiəçisi “Bavariya” ilə razılaşdı

“Milan”ın fransalı müdafiəçisi “Bavariya” ilə razılaşdı
07 May 2024 18:19

“Milan”ın fransalı sol cinah müdafiəçisi Teo Ernandes rəsmi olaraq “Bavariya” ilə razılaşıb.

Məlumata görə, Ernandes Almaniya klubu ilə danışıqları yekunlaşdırıb.

Almaniya mediası “Bavariya” ilə futbolçunun razılığa gəldiyini, amma “Milan” tərəfindən razılıq verilmədiyini bildirib.

Qeyd edək ki, Teo Ernandes yeni mövsümdən etibarən “Bavariya”da çıxış etmək üçün nə lazımdırsa etməyə hazır olduğunu bildirib.


Youtube kanalımız

Oxşar xəbərlər