Zaqatala prokurorluğu kütləvi zəhərlənmə ilə bağlı araşdırmaya başlayıb

Zaqatala prokurorluğu kütləvi zəhərlənmə ilə bağlı araşdırmaya başlayıb
07 May 2024 23:18

Zaqatala şəhərində yerləşən iaşə obyektlərindən birində 15 nəfər şəxsin qidadan zəhərlənməsi faktı üzrə rayon prokurorluğunda araşdırma aparılır.

Bu barədə Baş Prokurorluğun Mətbuat xidmətindən  sorğusuna cavab olaraq bildirilib.

İlkin ehtimallara əsasən, rayon sakinləri quş əti tərkibli qidadan zəhərlənib.

Zəhərlənmənin səbəbinin müəyyənləşdirilməsi məqsədilə iaşə obyektindən qida nümunələri götürülərək müvafiq ekspertizalar təyin edilib və digər zəruri prosessual hərəkətlər yerinə yetirilib.


Youtube kanalımız

Oxşar xəbərlər