BMT Somaliyə humanitar yardım üçün 228 milyon dollar cəlb etmək niyyətindədir

BMT Somaliyə humanitar yardım üçün 228 milyon dollar cəlb etmək niyyətindədir
07 May 2024 21:35

BMT-nin Ümumdünya Ərzaq Proqramı (BMT ÜƏP) aprel və sentyabr ayları arasında Somaliyə humanitar yardım göstərmək üçün 228 milyon dollar toplamaq niyyətində olduğunu açıqlayıb.

Bu barədə TASS-a istinadən xəbər verir.

“Somalidə qida çatışmazlığı yüksək olaraq qalır: 2024-cü ildə 5 yaşa qədər olan 1,7 milyon uşağın kəskin qida çatışmazlığı ilə üzləşəcəyi, o cümlədən 430 min uşağın həyat üçün təhlükə yaradan kəskin qida çatışmazlığı ilə üzləşəcəyi gözlənilir”, - agentliyin hesabatında deyilir.

Vurğulanıb ki, ölkədə ümumilikdə 3,4 milyon insan kəskin ərzaq çatışmazlığı ilə üzləşir.

Yeri gəlmişkən, BMT ÜƏP qaçqınlara, sığınacaq axtaranlara və repatriantlara (ölkəsinə geri göndərilənlərə - red.) effektiv dəstək göstərmək üçün BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığı ilə tərəfdaşlıq sazişi imzaladığını bildirib.


Youtube kanalımız

Oxşar xəbərlər