İran SEPAH-ın əsir götürdüyü rusiyalı dənizçini azad edib?

İran SEPAH-ın əsir götürdüyü rusiyalı dənizçini azad edib?
07 May 2024 17:37

İranda əsir düşən tümenli dənizçisinin həyat yoldaşı onun azadlığa buraxılması ilə bağlı məlumatları təkzib edib.

News365.az xəbər verir ki, onun sözlərinə görə, Timofey Kolçanov digər ekipaj üzvləri kimi hələ də “MSC Aries” konteyner gəmisini tərk edə bilmir. Gəmi aprelin ortalarında İran İslam İnqilabı Keşikçiləri Korpusu tərəfindən ələ keçirilib.

"Bu cəfəngiyatdır, tərcüməçinin səhvidir", - dənizçinin həyat yoldaşı Marina deyib.

İran hökuməti, “Onlar sazadırlar” deyib. Lakin müqavilə və dəniz qanunu da var və uşaqlar eləcə qalxıb gedə bilməzlər. Ekipaj başqa bir komanda ilə əvəz edilməlidir və indi şirkət "maaş üçün" razılaşacaq 25 dənizçini işə götürür. "Bunu etmək isə o qədər də asan deyil”, - Marina yekunlaşıdırb.


Youtube kanalımız

Oxşar xəbərlər