Oğuzda avtomobil piyadanı vuraraq öldürüb

Oğuzda avtomobil piyadanı vuraraq öldürüb
21 Sen 2025 22:26

Oğuz rayonunda avtomobil piyadanı vuraraq öldürüb.

Hadisə Qaraməryəm-İsmayıllı-Şəki magistral yolunun rayonun Padar kəndi ərazisindən keçən hissəsində baş verib.

Belə ki, rayonun Baş Daşağıl kənd sakini, 1979-cu il təvəllüdlü Sadəddin Tahir oğlu Abdulhəmidov yolu keçərkən avtomobil onu vurub.

S.Abdulhəmidov hadisə yerində ölüb.

Faktla bağlı cinayət işi başlanılıb.


Sizin reklam burada
Sizin reklam burada