Ermənistandan daxili siyasi gərginlik artmaqdadır. “Hraparak” qəzeti yazır ki, hakim siyasi komanda gərgin dövr yaşayır, iqtidarda olanların əsəbləri tarıma çəkilib. Müəllif mövcud vəziyyəti obrazlı şəkildə təsvir edərək yazıb ki, artıq hamı Nikol Paşinyanın böyüdücü şüşəsi altında qalıb.
"Bəzi hüquq-mühafiz orqanları, xüsusən də cinayət axtarışla məşğul olanlar kuluarda deyirlər ki, hüquq-mühafizə orqanlarının əməkdaşları istisnasız olaraq bütün deputatların maliyyə və digər hərəkətlərinin araşdırılması üçün yuxarıdan göstərişlər alıblar. Nikol Paşinyan hər kəsin başı üzərində kompromat dosyesi hazırlayır ki, lazım gələcəyi təqdirdə reputasiyası naminə kimisə “qurban” verə bilsin. O, beləcə istədiyi şəxsi “oyundan çıxara”, bəzi hallarda isə özünə tabe edib alətə çevirə biləcək", - nəşr yazıb.
Nəşr iddia edib ki, hətta komanda daxilində araşdırma prosesi, yəni komanda yoldaşlarını gizli şəkildə izləmək də "çiçəklənir".
"Bizə dedilər ki, müxtəlif kanallarla başqaları haqqında məlumat toplayıb “bos”a ötürənlər var. Həmin şəxslər "bos"a göstərməyə çalışırlar ki, baxın, partiyadaşlarımızın əli təmiz deyil... Paşinyan isə hər kəsin təqdim etdiyi faktları məmnuniyyətlə dinləyir və nəzərə alır",- müəllif qeyd edib.
Tural