Niderland futbolunda biabırçılıq: 12 nəfərlə oynadılar

Niderland futbolunda biabırçılıq: 12 nəfərlə oynadılar
02 Fev 2025 13:44

Niderland Erediviziyasının 21-ci turunda keçirilən “Herenven” - “Fortuna” (2:2) matçında maraqlı hadisə baş verib.

Qarşılaşmanın son dəqiqələrində texniki səhv ucbatından qonaqların heyətində 12 futbolçu olub.

Qonaq komandanın matçı 12 nəfərlə davam etdirməsi qarşılaşmanın baş hakiminin gözündən qaçıb və “Fortuna” qol vuraraq hesabı bərabərləşdirib.

Niderland Futbol Federasiyasının qarşılaşma ilə bağlı hansı qərarı verəcəyi maraqla gözlənilir.


Sizin reklam burada
Sizin reklam burada