Netanyahu MÜHARİBƏ KABİNETİNİ TOPLADI - İrana hücum müzakirə edilir

Netanyahu MÜHARİBƏ KABİNETİNİ TOPLADI -  İrana hücum müzakirə edilir
14 Apr 2024 21:25

İsrailin baş naziri Benyamin Netanyahu İranın bu ölkəyə hücumundan sonra Təl-Əvivdə Müdafiə Nazirliyinin qərargahında hərbi kabinetin iclasını keçirir.

Bu barədə News365.az siyasətçinin ofisinə istinadla xəbər verir.

"Baş nazir Benyamin Netanyahu hazırda Təl-Əvivdəki "Kiriya" kompleksində müharibə kabinetinin iclasını keçirir", - məlumatda deyilir.

Xatırladaq ki, aprelin 14-də Netanyahunun ofisi bəyan edib ki, ölkə rəhbərliyi Qəzza zolağında əməliyyatı tam şəkildə davam etdirmək niyyətindədir.

Hökumət rəsmilərinin sözlərinə görə, yəhudi dövləti Fələstinin HƏMAS hərəkatı tərəfindən razılığa gəlmək istəyini görmür.


Youtube kanalımız

Oxşar xəbərlər