Nəfəs qardaşının sevdiyi müğənni qıza qarşı çıxdı: “O olmaz”

Nəfəs qardaşının sevdiyi müğənni qıza qarşı çıxdı: “O olmaz”
09:22

Müğənni Nəfəs qardaşı ilə bağlı şəxsi mövzuya münasibət bildirib. Sənətçi açıqlamasında qardaşının bir müğənni qıza maraq göstərdiyini, lakin bu münasibətə qarşı çıxdığını deyib.

Nəfəs bildirib ki, ailə daxilində baş verən bəzi məqamlar var ki, onları kənardan olan insanlar tam dərk edə bilməz:

“Elə məsələlər var ki, ailədə baş verir və sən həmin insanı daha yaxşı tanıdığın üçün məsləhət verirsən. Məsləhətimi eşidər, ya yox – bu, qardaşımın öz vəzifəsidir”, – deyə o qeyd edib.

Müğənni vurğulayıb ki, qardaşının seçiminə razı deyil və bu mövqeyini açıq şəkildə bildirib:

“Müğənni qızı ola bilər, amma o olmaz. Böyük bacı kimi sözümü demişəm, qardaşım da inciyib evdən gedib”.

Nəfəs əlavə edib ki, evlilik məsələsində yaş uyğunluğuna da önəm verir və bəzi detalları açıqlamaq istəmir:

“Bəzi şeylər var ki, aça bilmirəm. Bu, mənim ailə işimdir və istəmirəm kimsə qarışıb müdaxilə etsin”.

Sənətçi bildirib ki, anası da bu evliliyə razı deyil. Onun sözlərinə görə, qardaşı indiyədək evlənməyib və o, qardaşının toyunun öz razılığı ilə baş tutmasını istədiyini də dilə gətirib.

News365.az


Sizin reklam burada
Sizin reklam burada