NBC: ABŞ İrana hücumda iştirak etməyib

NBC:  ABŞ İrana hücumda iştirak etməyib
19 Apr 2024 10:13

ABŞ İsrailin İrana zərbə endirməyə hazırlaşmasından xəbərdar olub, lakin əməliyyatın həyata keçirilməsində iştirak etməyib. News365.az xəbər verir ki, bu barədə Amerikanın NBC telekanalı öz mənbələrinə istinadən məlumat yayıb. 

"Bloomberg" nəşri də ABŞ rəsmilərinə istinadla yazıb ki, İsrail İrana zərbə endirmək niyyəti barədə ABŞ-ı əvvəlcədən xəbərdar edib.

Xatırladaq ki, aprelin 19-da İranın hərbi obyektləri və hava limanlarına hücumlar olması barədə məlumatlar yayılıb. Raket hücumlarının İsrail tərəfindən reallaşdırıldığı iddia edilir. "Fars" agentliyinin məlumatına görə, partlayışlar İranın İsfahan əyalətinin Kehcəvaristan şəhərində, İsfahan hava limanı və ordunun 8-ci Hərbi Hava Qüvvələri bazası yaxınlığında baş verib.

Tasnim agentliyi isə İsfahanda yerləşən nüvə obyektlərinə ziyan dəymədiyini yazıb.

Tural


Youtube kanalımız

Oxşar xəbərlər