Nazirlik: Yeni tədris ilində 130 mindən çox uşaq birinci sinfə gedəcək

Nazirlik: Yeni tədris ilində 130 mindən çox uşaq birinci sinfə gedəcək
11:07

2025–2026-cı tədris ilində ümumi təhsilə 1,6 milyon şagirdin cəlb olunacağı gözlənilir

News365.az xəbər verir ki, bunu media üçün keçirilən brifinqdə elm və təhsil naziri Emin Əmrullayev bildirib.

Nazirin sözlərinə görə, yeni tədris ilində:

  • İbtidai təhsil üzrə – 552 min şagird,

  • Ümumi orta təhsil üzrə – 796 min şagird,

  • Tam orta təhsil üzrə – 246 min şagird təhsilə cəlb olunacaq.

Emin Əmrullayev həmçinin əlavə edib ki, 2025–2026-cı tədris ilində 130 mindən çox şagirdin 1-ci sinfə qəbul olunacağı proqnozlaşdırılır.


Sizin reklam burada
Sizin reklam burada