Rəsmi qərar: Nazir şəxsləri tutduqları postlardan azad etdi

Rəsmi qərar: Nazir şəxsləri tutduqları postlardan azad etdi
15:46

Ədliyyə Nazirliyinin Sumqayıt və Şirvan Regional Ədliyyə İdarələrinin rəisləri vəzifəsindən azad olunub.

News365.az xəbər verir ki, bununla bağlı nazir Fərid Əhmədov əmr imzalayıb.

Əmrə əsasən, Eyvaz Məmmədov Sumqayıt Regional Ədliyyə İdarəsinin, Nizami Hüseynov isə Şirvan Regional Ədliyyə İdarəsinin rəisi vəzifəsindən azad olunub.

Digər əmrlə, Sumqayıt Regional Ədliyyə İdarəsinin rəisi vəzifəsinin icrası Hüseyn Məmmədova, Şirvan Regional Ədliyyə İdarəsinin rəisi vəzifəsi isə Cabir Məmmədova həvalə olunub.


Sizin reklam burada
Sizin reklam burada