Nazir müşaviri vəzifəsindən AZAD ETDİ

Nazir müşaviri vəzifəsindən AZAD ETDİ
07 Noy 2024 17:09

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Məşğulluq Agentliyinin sədrinin müşaviri vəzifəsindən azad edilib.   

News365.az xəbər verir ki, Dövlət Məşğulluq Agentliyi sədrinin müşaviri Rəhimli Səftər Mikayıl oğlu öz ərizəsi ilə vəzifəsindən azad olunub. Bu barədə nazir Sahil Babayevin əmr imzalayıb. 

Ötən ilin mart ayında müşavir təyin olunan Səftər Rəhimli bu vəzifədən əvvəl Dünya Azərbaycanlıları Konqresinin (DAK) Azərbaycan Nümayəndəliyinin rəhbəri olub.   

Sabiq müşavir Mədəniyyət Nazirliyində vəzifəyə təyin ediləcək.   

Qeyd edək ki, bu ilin may ayında Dövlət Məşğulluq Agentliyinin İdarə Heyətinin sədri Mustafa Abbasbəyli vəzifəsindən azad olunaraq, Mədəniyyət Nazirliyinin Aparat rəhbəri təyin olunub. Onun yerinə Sadiq Əliyev gətirilib.


Youtube kanalımız