Naxçıvanın Zor bulağı

Naxçıvanın Zor bulağı
09:03
Naxçıvana gəlməzdən öncə su üzrə tədqiqat aparan dostlarım məsləhət gördü ki, imkan olsa Şahbuz rayonuna get, Batabat gölünün yanında Zor bulaq var. Orda niyyət elə və sudan iç. bulaq yaxınlığında göl yerləşir. Zor bulağın suyu o gölə axmır. Mütləq oranı gör..
Bu suyun üstünlüyü ondadır ki, hər dörd fəsildə su buz kimi soyuq olur.
Dostlarım dedilər ki, bu suyun üstünlüyü ondan ibarətdir ki, tərkibində həll olunmuş oksigenin miqdarı çoxdur. Buda ürək qan damar sistemi və ümumilikdə ürək xəstələri üçün faydalı bir sudur. İçsən bunu hiss edəcəksən.Bu su qum daşlarının təbii filtrindən keçib saf ideal suya çevrilib,dum duru şəkildə bulağa axır.
Burda yerli sakinlər danışır ki, suyun müalicəvi əhəmiyyəti ilə yanaşı inanc bir sistemi də formalaşıb illərlə. Bulağa gələnlər niyyət edirlər və bu da yerinə yetir. Buna elmi dildə enerji nöqtəsi deyilər.
Ümumiyyətlə folklorda bura ilə bağlı müxtəlif rəvayətlər var. Ən ağıla batanı isə Təkəli dağından mənbəsini götürən bulaq suyu əsrlərdir eyni həcmdə və eyni tərkibdə dəyişməz qalıb.
Burada çox insanlar var idi. Hər kəs təkcə bulaq suyunu içməyə yox, niyyət tutmağa gəlmiş idi. Təsəvvür edin boz dağların ərazisində olan bulaq ətrafında yaşıllıq buranın suyundan qidalanır.
Eyni zamanda dedilər ki, əvvələr burada bataqlıq olub. Zorbulağın əvvəlki adı da Qırxbulaq idi. Sonradan bulaqlar yoxa çıxa çıxa cəmi 7 bulaq qalıb.
Bu bataqlıq Zorbulaq və onun ətrafında olan 40-a qədər bulaqla qidalanıb. Bataqlıq su anbarına çevrildikdən sonra həmin bulaqlar göl suyunun altında qalıb.
Zorbulağın suyuna isə söz ola bilməz. Yayın bu qızmar çağında bumbuz suya toxunmaq, o sudan dadmaq, həm də bunu Zorbulağın gözündən içmək necə olar, sizcə?
Gəldim, gördüm və sevdim.
Zaur Əliyev, tarixçi alim

Sizin reklam burada
Sizin reklam burada