Naxçıvan və Xaçmaz bölgələri üzrə yeni qazılar seçilib.
News365.az xəbər verir ki, fevralın 27-də Qafqaz Müsəlmanları İdarəsində (QMİ) Ramazan ayının başlanması münasibətilə Qazılar Şurasının toplantısı keçirilib.
Toplantıda çıxış edən QMİ sədri Şeyxülislam Allahşükür Paşazadə Qazılar Şurasının Naxçıvan və Xaçmaz bölgələri üzrə yeni qazılarının namizədliyini təqdim edib.
Səsvermənin nəticələrinə əsasən, Əli Məhərrəm oğlu Orucov Naxçıvan, Vəli Tağıbəy oğlu Məmmədəliyev isə Xaçmaz bölgəsinin yeni qazısı seçilib.