NATO bu ölkədə əməliyyat mərkəzi yaradır

NATO bu ölkədə əməliyyat mərkəzi yaradır
20 May 2025 19:30

NATO Norveçin şimalında Avropanın üçüncü Birgə Hava Əməliyyatları Mərkəzini yaradır.


News365.az xəbər verir ki, bu barədə AFP agentliyi məlumat yayıb.


Məlumata görə, analoji mərkəzlər artıq Almaniya və İspaniyada fəaliyyət göstərir:


“NATO ölkələri fevral ayında Norveçdə də belə bir mərkəzin yaradılması haqqında razılığa gəlib və Osloya onun dəqiq yerini seçmək hüququ verib. Norveç hakimiyyətinin qərarına əsasən, mərkəz Bodo şəhərində yerləşəcək”.


Sizin reklam burada
Sizin reklam burada