NASA: Curiosity Marsda yeni üzvi birləşmələr aşkarlayıb

NASA: Curiosity Marsda yeni üzvi birləşmələr aşkarlayıb
23 Apr 2026 22:40

NASA-nın Curiosity rover aparatı Marsın Qeyl kraterində yeni üzvi birləşmələr aşkar edib.

News365.az xəbər verir ki, həmin birləşmələrdən beşi Marsda ilk dəfə qeydə alınıb. 

Məlumata görə, alimlər bu üzvi maddələrin ən azı 3,5 milyard il yaşı olduğunu bildirirlər.

Tədqiqatçılar hələlik Marsda həyatın tapıldığını açıqlamasalar da, yeni tapıntıların planetin vaxtilə yaşayış üçün əlverişli ola biləcəyini göstərdiyi vurğulanır.


Sizin reklam burada
Sizin reklam burada