Narkotik vasitənin təsiri altında olan pilotu hava limanında saxladılar

Narkotik vasitənin təsiri altında olan pilotu hava limanında saxladılar
25 Apr 2024 16:15

“Air Astana”nın pilotu narkotik istifadə etməkdə şübhəli bilinərək saxlanılıb. News365.az xəbər verir ki, bu barədə BES.media məlumat yayıb.

Qeyd edilir ki, pilot Almatı hava limanında, gediş zonasındaca saxlanılıb. 

"Hüquq-mühafizə orqanlarının əməkdaşları operativ şəkildə həmin şəxsi nəzarətə götürüblər. O, narkotik vasitənin təsiri altında olduğunu etiraf edib. Pilot onu da əlavə edib ki, o, Aktauya uçur və orada məktəblilər üçün keçirilən tədbirdə iştirak etməli imiş. Onun üzərində aparılan axtarışlar zamanı qadağan olunmuş hər hansı maddə aşkar edilməyib. Lakin pilotun evində naməlum ağ toz tapıblar. Saxlanılan şəxs bunu belə izah edib ki, bir neçə ildir narkotikdən istifadə edirmiş", - nəşr yazıb.

“Air Astana” nümayəndələrinin sözlərinə görə, həmin şəxs artıq işdən uzaqlaşdırılıb.

Tural


Youtube kanalımız

Oxşar xəbərlər