Narazı ermənilər Paşinyanı niyə devirə bilmirlər?

Narazı ermənilər Paşinyanı niyə devirə bilmirlər?
26 May 2025 11:28

Ermənistanın baş naziri Nikol Paşinyanın hakimiyyətdən devrilməsi mövzusu yerli medianın gündəmindən düşmür. İmpiçment cəhdləri ilə yanaşı inqilab sevdasına düşən keşiş Baqrat Srbazan da fəallaşıb. "Mamul" nəşri yazır ki, Politoloq Suren Surenyanç arxiyepiskopun Paşinyana gücü çatmayacağını deyib. 

“Paşinyan nə vaxt hakimiyyətdən uzaqlaşdırıla bilər? Baqrat deyib ki, 2026-cı il seçkiləri hakim Vətəndaş müqaviləsi partiyası olmadan keçirilməlidir. Ola bilsin ki, arxiyepiskop Paşinyanın "küçə döyüşləri" ilə uzaqlaşdırılmasının zəruriliyindən danışır.

İmpiçment təşəbbüsü də oxşar nəticəni nəzərdə tutur.

Mən Paşinyanın vaxtından əvvəl vəzifəsindən uzaqlaşdırılması ilə yüz faiz razıyam və bacardığım qədər "Müqəddəs Mübarizə" ” hərəkatına qoşulmağa hazır olacağam. Ancaq bir vacib “əmma” var. Keşiş keçən il İrəvan küçələrinin on minlərlə insanla dolu olduğu bir vaxtda elə eyni adamın-Paşinyanın hakimiyyətdən uzaqlaşdırılmasının niyə mümkün olmadığını ətraflı izah etməlidir. O ki qaldı impiçment məsələsinə, daxili siyasi gündəmdə ən çox müzakirə olunan mövzu olsa belə, impiçment gündəliyinin real siyasi prosesə çevrilməməsinin səbəbləri var. Bütün bunlara cavab çox sadədir: izdihamlı küçəni narazı vətəndaşlarla doldura bilərsiniz, amma mövcud rəhbərə alternativ siyasi məzmun, namizəd yoxdursa, küçə mübarizəsini uğurlu davam etirmək çox çətindir", - o qeyd edib.

Tural


Sizin reklam burada
Sizin reklam burada