Finlandiya Müdafiə Nazirliyi bazar günü ölkənin cənub-şərqində iki pilotsuz təyyarənin qəzaya uğraması barədə məlumat verib.
News365.a xəbər verir ki, bu barədə ölkənin müdafiə naziri Antti Hakkyanen bildirib.
"Dronlar Finlandiya ərazisinə daxil olub. Biz bu məsələyə çox ciddi yanaşırıq", - nazir sosial şəbəkədə yazıb və insidentlə bağlı araşdırmanın aparıldığını əlavə edib.
Ölkənin Müdafiə Nazirliyindən qeyd edilib ki, bazar günü səhər dəniz akvatoriyası üzərində və Finlandiyanın cənub-şərq hissəsində kiçik hündürlükdə yavaş hərəkət edən bir neçə kiçik obyekt aşkar edilib. Dronların haradan gəldiyi məlum deyil. Dronlardan biri Kouvola şəhərindən şimaldakı, digəri isə şərqdəki əraziyə düşüb.
Bəyanatda bildirilib ki, Finlandiya Hərbi Hava Qüvvələri "F/A-18 Hornet" qırıcısından istifadə edərək identifikasiya uçuşu həyata keçirib.