Müştərisinin saçını kəsib sonra onu talayan bərbər saxlanıldı - VİDEO

Müştərisinin saçını kəsib sonra onu talayan bərbər saxlanıldı - VİDEO
16:43

Abşeron rayonu Mehdiabad qəsəbəsi ərazisində soyğunçuluq hadisəsi qeydə alınıb.

News365.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.

Belə ki, zərərçəkən küçə ilə hərəkətdə olarkən naməlum şəxsin ona zor tətbiq edərək 485 manatını taladığı barədə polisə müraciət edib.

Abşeron Rayon Polis İdarəsinin Mehdiabad Polis Bölməsinin əməkdaşlarının keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən, əvvəllər məhkum olunmuş 43 yaşlı Hüseynbala Cəfərov müəyyən edilərək saxlanılıb.

Araşdırma zamanı məlum olub ki, həmin gün zərərçəkən daimi müştərisi olduğu kişi salonuna gedib və söhbət əsnasında bərbəri olan H.Cəfərova təqaüdünün köçdüyünü bildirib. Bunu eşidən həmin şəxs zərərçəkəni yol boyu izləyərək ona zor tətbiq edib, başına polietilen torba keçirməklə cibindəki pulu talayıb. Daha sonra isə o, pulu narkotik vasitə almaq üçün şəxsiyyəti istintaqla araşdırılan İran vətəndaşına onlayn yolla göndərib.

Faktla bağlı araşdırma aparılır.

Abşeronda DƏHŞƏTLİ HADİSƏ: Əvvəl saçını qırxdı, sonra başına torba keçirib pulunu aldı - ANBAAN VİDEO


Sizin reklam burada
Sizin reklam burada