Tanınmış müğənni Murad Arif Azərbaycan dili ilə bağlı Elm və Təhsil Nazirliyinə müraciət edib.
News365.az xəbər verir ki, ifaçı hesab edir ki, ibtidai sinif yaşındakı uşaqlar üçün rus bölməsi qapadılmalıdır:
"Əgər hörmətli Elm və Təhsil Nazirliyi şagirdlərə Azərbaycan dilini öyrətmək istəyirsə:
1. Rus sektorunda Azərbaycan dili fənn olaraq gücləndirilsin! Həftədə 4 dəfə keçirilsin və s.
2. İbtidai siniflər üçün rus sektoru bağlansın! 4-cü sinifə qədər hamı ölkənin dilinə yiyələnsin, 4-cü sinifdən sonra istəyən rusca, istəyən yaponca oxusun.
Amma rus bölməsinə Azərbaycan tarixini Azərbaycan dilində tədris etmək yalnız bir nəticə verəcək - uşaqlar tariximizi bilməyəcəklər. Bu qədər bəsit. Balalarımız təcrübə dovşanı deyil!",- deyə o bildirib.